Azərbaycan komandaları növbəti qələbələrini qazandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Kişilərdən ibarət “Vüqar Həşimov” və qadınlardan ibarət “Odlar Yurdu” komandası Avstriyanın Mayrhofen şəhərində keçirilən Avropa Şahmat Klub Kubokunda növbəti oyunlarını keçirib.

Metbuat.az-ın məlumatına görə, V turda “Vüqar Həşimov” Çexiyanın “Moravska Slaviya”, “Odlar Yurdu” isə İsrailin “Hayfa Neşer” kollektivinə qalib gəlib.

Kişilər

V tur

“Moravska Slaviya” (Çexiya) – “Vüqar Həşimov” – 2,5:3,5

Bartolomey Heberla – Rauf Məmmədov – 0,5:0,5

Martin Nugebauer – Kirill Şevçenko – 0,5:0,5

Tomas Polak – Misrətdin İskəndərov – 0,5:0,5

Yakub Kusa – Vüqar Əsədli – 0,5:0,5

Yakub Rubalik – Əhməd Əhmədzadə – 0,5:0,5

Yatsim Nemets – Xəzər Babazadə – 0:1

Qadınlar

“Hayfa Neşer” (İsrail) – “Odlar Yurdu” – 0:4

Anastasiya Rahmanqulova – Günay Məmmədzadə – 0:1

Ronit Levitan – Ülviyyə Fətəliyeva – 0:1

Hoqa Orian – Gülnar Məmmədova – 0:1

Alina Qolovçanskaya – Xanım Balacayeva – 0:1

Qeyd edək ki, 5 turdan sonra “Vüqar Həşimov” komandası 20 xalla 7-ci, “Odlar Yurdu” isə 12 xalla 4-cü pillədə qərarlaşıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu