Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Dünən Uelsin Pembrukşir şəhərində sahil avarçəkməsi üzrə dünya çempionatı start götürüb.

Metbuat.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, yarışda iştirak edən Azərbaycan yığma komandasının üzvü, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il dünya çempionatının gümüş mükafatçısı Diana Dimçenko ilkin mərhələni uğurla başa vurub.

İrlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşünü 25 dəqiqə, 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və 1-ci nəticə göstərməklə A finalına vəsiqə qazanıb.

Həlledici yürüş oktyabrın 9-da olacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu