1450659

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacları kəsən şəxslə bağlı protokol tərtib olunub.

Musteqil.az bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, Astara rayonu, Təngərüd meşəbəyliyinin 6 saylı dolayında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət yerində araşdırılıb: “Əraziyə keçirilən baxış zamanı ərazidə vələs və palıd ağacının kəsildiyi, bir neçə ağacın isə zədələndiyi müəyyən edilib. Araşdırma zamanı ağacların Astara rayon sakini Nemət Nəzərov tərəfindən kəsildiyi və zədələndiyi məlum olub. Faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541