Müstəqil.az informasiya agentliyi xəbər verir ki,
İtaliyanın Roma şəhərində UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda seminarı keçirilib.
Musteqil.az AFFA-ya istinadən xəbər verir ki, seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak ediblər.
Seminarda aşağıdakı mövzular müzakirə olunub:
• Ötən lisenziyalaşdırma mövsümünün icmalı
• “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar
• İtaliya peşəkar futbolunda Klubların Lisenziyalaşdırması və Monitorinqi
• UEFA Klubların Monitorinqi və Komplayns
• Klubların Lisenziyalaşdırması və Oyunçuların Qorunması
• UEFA-nın Məşqçilik Konvensiyası və Məşqçilik Tələbləri
• Futbolda Sosial Məsuliyyət/Futbol Dayanıqlığı
• Qadın futbolunun inkişafı və s.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.