1450334

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Musteqil.az-a verilən məlumata görə, oktyabrın 7-də agentliyin əməkdaşları respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 39 ticarət müəssisəsi və 17 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 33 müəssisədə nöqsanlar müəyyən ediblər. Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 28, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 15 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında bu link vasitəsilə məlumat almaq mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//potsaglu.net/4/5013541