2023-cü ilin Nobel Sülh Mükafatı İlham Əliyevə verilə bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bəzi diplomatik mənbələr iddia edirlər ki, 2023-cü il Nobel Sülh Mükafatının sülh sazişini imzalayacaqları təqdirdə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təqdim olunmasına qərar verilib.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti xəbər yayıb.

“İstisna edilmir ki, bu şayiələr buraxılır, belə ki, geosiyasi mərkəzlər tezliklə sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar”, – mənbə yazır.

Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə görə, Nobel Sülh Mükafatı bəşəriyyətə böyük fayda vermiş, xalqlar arasında qardaşlıq yaradan, orduların buraxılması və ya ixtisar edilməsində, sülhün təbliğində ən çox rol oynayan şəxsə verilməlidir.

1991-ci ildən etibarən mükafat dekabrın 10-da Norveçin Oslo şəhərində verilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu