Ərdoğanın arxasınca düşdü: Söhbət etmək istədi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində baş verən maraqlı hadisə jurnalistlərin diqqətindən yayınmayıb.

Metbuat.az xəbər verir ki, Kipr respublikasının rəhbəri Nikos Anastasiadis uzun müddət Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanından ayrılmayıb. Məlumata görə, sammitdən əvvəl Praqa qəsrindəki qeyri-rəsmi görüşlər zamanı Nikos Anastasiadis Ərdoğanı təqib edib. Bildirilir ki, Kipr respublikasının rəhbəri Ərdoğanla söhbət etmək istəyib.

Nikos Anastasiadisin Ərdoğanla danışmaq üçün göstərdiyi səy diqqət çəkib. Məlumata görə, sonda Ərdoğan Nikosa vaxt ayırıb və tərəflər bəzi məsələləri müzakirə ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu