“Ən böyük qazancım pasientlərimin sevinc göz yaşları ilə məni qucaqlamasıdır”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Almaniyada yaşayan peşəkar stomatoloq Farah Aziz 1990-cı ildə Əfqanıstanın Kabil şəhərində anadan olub. Əfqanıstanda Vətəndaş müharibəsinin başlaması səbəbi ilə bir yaşı olanda ailəsi ilə birlikdə Almaniyaya köçən Farahın atası Baş Qərargah rəisinin köməkçisi idi. Atasının diplomatik statusuna görə sığınacaq almaq məsələsi sürətlə həll olunur və onlar Almaniyada məskunlaşırlar.

Orta təhsilini Steinbart Gymnasium-da alan Farah Aziz, buranı əla qiymətlərlə bitirib, Almaniyanın ən yaxşı iki Universiteti olan “RWTH Aachen” və “Düsseldorf Heinrich-Heine”də stomatologiya üzrə ali təhsil alır.

Farah Aziz peşəsi haqda danışarkən bildirir ki: “Ekstremal çətinlikləri sevirəm. Almaniya universitetlərində stomatologiyaya qəbul olunmaq çətin idi və mən bunu bacaracağımı özümə sübut etmək istəyirdim”.

Ali təhsilini başa vurduqdan sonra o, Almaniyanın öndə gələn stomatoloji klinikalarından birində 4 il fəaliyyət göstərir, eyni zamanda “Heinrich Heine” Universitetində estetik stomatologiya üzrə ixtisaslaşır. Estetik stomatologiyanı öyrəndikcə öz peşəsinə vurulan Farah Aziz hesab edir ki: “Özgüvənli bir təbəssüm supergücdür. Kiçik toxunuşlarla xəstələrimə bu gücü verdiyim üçün xoşbəxtəm. Ən böyük qazancım pasientlərimin sevinc göz yaşları ilə məni qucaqlamasıdır”.

Tibb təhsilini inkişaf etdirən stomatoloq Witten Herdecke Universitetinin “Ürək və döş qəfəsi cərrahiyyəsi” kafedrasında doktorluq dissertasiyasını müdafiə edib.

2019-cu ildən Bavariyada məskunlaşan gənc həkim “Würzburq”da yerləşən stomatoloji klinikada baş həkim olaraq fəaliyyətini davam etdirir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu