Zelenski: Sakitlik yoxdur, hücuma hazırlaşırıq!

Cəbhədə sakitlik müşahidə edilmir, Ukrayna ərazilərinin azad edilməsinin növbəti mərhələsinə hazırlıq gedir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski müraciətində deyib.

“İzyum, Balakleya, Kupyansk və bütövlükdə Xarkov vilayəti bizim azad etdiyimiz şəhər və icmalardır. Bu sözlər indi eşidilir. Hər yerdə eşidilir.

Mariupol, Melitopol və Xerson da səslənir, lakin biz onları azad edəndə daha tez-tez və daha yüksək səslə səslənəcəklər. Donetsk, Qorlovka və Luqansk səslənəcək. Canköy, Yevpatoria, Yalta – və onlar da…”, – deyə dövlət başçısı bildirib.

Başa dön tuşu