Zakir Həsənov Türkiyədə məzunların buraxılış mərasimində iştirak edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfəri davam edir.

Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 31-də Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimi keçirilib. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.

General-polkovnik Zakir Həsənov Türkiyədə səfərdə olan digər dövlətlərin nümayəndələri ilə birgə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu