​Yuxuya gedən zaman nəyə görə anidən boşluğa düşürük?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Ağır bir günün sonunda gələn yuxu əsnasında əzələlərimizi ani boşalması boşluğa düşmə hissinə səbəb olur. Xüsusi ilə yenicə yuxuya getməyə hazırlaşdığımızda bu şəkildə bir tərpənişlə yuxudan ayılmaq, dik atılmaq əksəriyyətimizin başına gələn bir vəziyyətdir” .

Metbuat.az xəbər verir ki, bunu həkim Qalib Əsədov deyib. Həkim bildirir ki, bununla bağlı müxtəlif fikirlər irəli sürülür:

“Jack London isə “Adəmdən Əvvəl” adlı kitabında bu hiss üçün olduqca maraqlı bir şəkildə açıqlamışdır. Kitabda danışılan hekayəyə görə bu hiss, yaxın qohumlarımız olan meymunlardan bizə miras qalan bir instinktdir. Bu açıqlamaya əsasən, əksər hallarda ağac budaqlarında yaşayan meymunların, gecələr yatarkən ağacların üzərində tarazlıqlarını itirdiklərini və nəticədə olaraq bu hisslə oyandıqlarını deməkdədir. Aşıqlamaya əsasən insanda da zaman zaman instinktiv olaraq eyni hislər yaranmış və tam yuxuya getmə ərəfəsində eyni hislər ortaya çıxıb. Beləliklə, biz niyə yuxuda yıxılırıq? Saqan izah edir ki, insanın primatlardan çox da fərqlənməyib, ağaclarda yaşadığı dövrdə onun həyatına ən böyük təhlükə yatdığı budaqdan yıxılmaq idi. Buna görə də yuxuda yıxıldığını görmək bir növ müdafiə mexanizmidir. Bizim ağaclarda yaşayan əcdadlarımız gecə bunu görüb, tez-tez ayılmalı və yerlərinin etibarlı olduğunu yoxlamalı idilər. Sonradan bu qabiliyyət çöldə və mağaralarda yaşayan ilk insanların da köməyinə çatırdı. Amma indi güvənli evlərdə yaşayan bizim belə yuxu görməyə ehtiyacımız olmasa da, bir növ psixosomatik atavizm kimi beynimizdə qalıb. Qəfil səs gələn zaman diksinmə, hıçqırıq kimi bu da fiziolojidir və bütün normal insanlarda rast gəlinir”.

Başa dön tuşu