Ukrayna ordusu inamla Xersona irəliləyir: Son 10 km…

Ukrayna qoşunları inamla Xersona doğru irəliləyir. Bu gün onlar şəhər kənarından təxminən 20 km aralıda olublar.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Ekspert bildirib ki, Ukrayna Baş Qərargahı Xerson vilayətində cəbhə xəttinin dəqiq necə dəyişdiyini hələ ki, açıqlamayıb. Ancaq CNN Ukrayna qoşunlarının xeyrinə əhəmiyyətli dəyişikliklərin olduğunu qeyd edir:

“Bu dəqiqdir ki, bizim hələ Xersona 10 kilometrdən çox yolumuz qalıb”.

Jdanovun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələri Dnepr çayının sağ sahilində Rusiyaya qüvvələrinə qarşı mübarizə aparır:

“Mən təxmin edirdim ki, Ukrayna Silahlı Qüvvələri sistemli və metodik şəkildə artilleriya, o cümlədən reaktiv yaylım atəşi sistemləri və aviasiya vasitəsi ilə bu qruplaşmanı Xersondan çıxaracaq. Hazırda logistik marşrutlarda fasilələr var. Bu gün bizim üçün yeganə problem Antonovski körpüsündəki bərə keçidini tutmaqdır. Daim hərəkətdə olduğuna görə onu tutmaq üçün müşahidəçiyə ehtiyac var”.

Ekspert deyib ki, Ukrayna Xerson vilayətindəki rus qoşunları təkcə mühasirəyə almayıb, həm də, iki hissəyə ayırıb:

“İnquleç çayı üzərindəki keçidlər məhv edilib. Düşmən qruplaşmasının iki hissəsi arasında əlaqə yoxdur. Artıq ruslar arasında əsl çaxnaşma hökm sürür. Çünki onlar çox gözəl anlayır ki, artıq körpülər dağılıb, qaçış üçün artıq yol yoxdur və tələyə düşüblər”.

Başa dön tuşu