Türkiyənin ilk insanlı kosmos missiyası həyata keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyənin ilk insanlı kosmos missiyası həyata keçirilməsi üçün müqavilələr imzalanıb.

Metbuat.az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyənin Sənaye və Texnologiya naziri Mustafa Varank açıqlama yayıb.

Məlumata görə, Türkiyənin ilk insanlı kosmos missiyası üçün Fransanın paytaxtı Parisdə “Axiom Space” ilə müqavilə imzalanıb.

Nazir “Cümhuriyyətimizin 100-cü ildönümündə həyata keçirəcəyimiz ilk insanlı kosmos missiyası üçün tarixi müqavilə imzaladıq. Seçim prosesi davam edən türk kosmos səyahətçisinin təlim və uçuş xidməti üçün Axiom Space ilə əməkdaşlıq edəcəyik. Milli Kosmos Proqramı ilə arzular qürura çevrilir” – açıqlamasında bildirib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu