1662269510 83aa4ef8 93c7 39e8 8f37 2db1bcee3c78

Türkiyədə azərbaycanlılar arasında atışma olub.

“Unikal” türk mətbuatına istinadən xəbər verir ki, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb.

Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər – Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

//nossairt.net/4/5013541