1446935

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən Musteqil.az-a verilən məlumata görə, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whulsaux.com/4/5013541