“Toyota” Sankt-Peterburqdakı maşınqayırma zavodunu bağlayır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Toyota” şirkəti Sankt-Peterburqdakı zavodunu baölayır.

Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə , Rusiya Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti xəbər verir.

“Şirkət işçilər qarşısında bütün öhdəlikləri yerinə yetirəcək və kompensasiya ödənişlərini təmin edəcək. Bundan əlavə, şirkət “Toyota” və “Lexus” avtomobillərinə satış sonrası xidmət göstərilməsini və diler şəbəkəsinə dəstək verilməsini davam etdirəcək”, – deyə Nazirlikdən bildirilib.

Sənaye və Ticarət Nazirliyi isə Sankt-Peterburq hökuməti ilə birlikdə bu istehsal sahəsinin inkişafı üçün mümkün ssenarilər üzərində işləyir.

Qeyd edək ki, mart ayında “Toyota” Sankt-Peterburqdakı zavodunun işini komponentlərin tədarükündə yaranan fasilələrə görə dayandırmışdı. Sankt-Peterburqda Toyota Motor zavodu 2007-ci ildə açılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu