Sumqayıtda zavodda fəhlə hündürlükdən yıxılaraq ölüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sumqayıtda “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı fəhlə Güloğlan Allahverdiyev hündürlükdən yıxılaraq ölüb, cinayət işi açılıb.

Metbuat.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir ki, sentyabrın 22-si saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu