1447015

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Rusiya Ukraynadakı hərbi əməliyyatlara daha 300-350 min hərbçi cəlb edə bilər”.

Musteqil.az “Pravda”ya istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski belə deyib. O bildirib ki, Rusiyanın bir sıra ölkələrdə hərbi kontingenti var. Nazirliyin nümayəndəsinin sözlərinə görə, Rusiyanın Suriyada güclü hərbi kontingenti var. “Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində hərbi bazaları var. Bu, Ermənistana, Tacikistana, Qazaxıstana və Qarabağa yerləşdirilən (Red: Xankəndiyə müvəqqəti yerləşdirilmiş sülhməramlılar – red.) kontingentdir. Hamısını birləşdirsəniz, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə edə biləcəyi 300-350 min hərbçi olacaq” – Vadim Skibitski deyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//meenetiy.com/4/5013541