Rus qadınlar kişiləri müharibəyə buraxmır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyalı qadınlar həyat yoldaşlarının orduya cəlb olunmaması üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb. Bildirilir ki, onlar həyat yoldaşlarının və sevgili olduqları oğlanların müharibəyə getməməsi üçün onların əllərini və ayaqlarını sındıracaqlarını ifadə ediblər. Bu çağırış atlında sosial mediada aksiya başlayıb. Onlar bildiriblər müharibənin bitməsi üçün həyat yoldaşlarına xəsarət yetirməyə hazırdırlar.

Qeyd edək ki, Rusiyada səfərbərlik elan ediləndən sonra Rusiya üzrə “Google” axtarış sistemində “evdə qolu necə sındırmaq olar?” formasında axtarışlar artıb. Səfərbərlikdən sonra insanların xarici ölkələrə də axını artıb. Rusiyanın rəsmi dairələri orduya cəlb edilə biləcək şəxslərin sərhəddən buraxılmayacağını ifadə edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu