1446941

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Xolesterin – qanın tərkibində olan yağlı maddədir. Onun həddən artıq çoxluğu qan damarlarının tıxaclanmasına və bunun nəticəsində ölümcül xəstəliklərə gətirib çıxara bilər.

Xolesterinin yüksək səviyyəsi ilə bağlı səhhətin vəziyyətinin ciddiliyinə ürək tutmaları və insultlar daxildir. Qanda iki növ xolesterinə rast gəlinir, onları adətən “yaxşı” və “pis” xolesterin adlandırırlar. Yüksək sıxlıqlı lipoprotein kimi tanınan “yaxşı” xolesterinin mövcudluğu bu ağırlaşmaların əmələ gəlmə ehtimalını aşağı salır. Eyni zamanda, “pis” xolesterin və yaxud aşağı sıxlıqlı lipoproteinlər sizi bu riskə daha çox məruz qoyur.

Musteqil.az AZƏRTAC-a istinadən xəbər verir ki, qırmızı üzüm aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini onların tərkibində lifli maddələrin miqdarı səbəbindən azaldır. Bu, onunla bağlıdır ki, həll edilə bilən liflər xolesterin kimi müəyyən qidalı maddələrin qana sovrulmasını ləngidə və hətta azalda bilər. Yeni tədqiqat qırmızı üzümün üstünlüyünü aşkara çıxarıb. Qanında yüksək miqdarda xolesterini olan insanlar 8 həftə ərzində hər gün 3 fincan qırmızı üzüm yeyib və onlarda ümumi xolesterinin miqdarı daha aşağı olub, eləcə də aşağı sıxlıqlı lipoprotein müşahidə edilib.

Xolesterinin miqdarının artmasını öyrənmək üçün həkiminiz sizdən qan analizi götürməlidir. Xolesterinin yüksək səviyyəsi həyat tərzinin bir sıra amillərindən, o cümlədən diyeta və fiziki məşqlərdən asılıdır.

//dolatiaschan.com/4/5013541