1448859

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ölkəmizdə səfərdə olan Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Musteqil.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlara Hərbi Polis İdarəsinin tarixi və fəaliyyəti barədə brifinq təqdim olunub, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri hərbi hissənin xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra nümayəndələr Hərbi Polis İdarəsinin ərazisi, avtomobil parkı və yeməkxana ilə tanış olublar.

Sonda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//ardslediana.com/4/5013541