1446898

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiya Prezidenti Vladimir Putin Mixail Qorbaçovun dəfn mərasimində iştirak edə bilməyəcək.

Musteqil.az-ın məlumatına görə, mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin Kalininqrada getməzdən əvvəl Qorbaçovla vidalaşıb.

“Kalinqrada yola düşməzdən əvvəl Prezident Mərkəzi Klinik Xəstəxanada dayandı və Mixail Sergeyeviç Qorbaçovla vidalaşdı. Bilirik ki, ümumi vida və.dəfn mərasimi sentyabrın 3-də keçiriləcək, amma təəssüf ki, Prezidentin iş qrafiki bunu sentyabrın 3-də etməyə imkan vermədiyi üçün o, bu gün Mixail Qorbaçovla vidalaşmaq qərarına gəlib”, – Kreml rəsmisi bildirib.

Qeyd edək ki, Mixail Qorbaçov uzun sürən xəstəlikdən sonra avqustun 30-da 92 yaşında vəfat edib. Onun dəfn mərasimi sentybarın 3-də təşkil olunacaq.

Mixail Qorbaçov SSRİ konstitusiyasının 119-cu və Azərbaycan konstitusiyasının 71-ci maddəsini kobud şəkildə pozaraq fövqəladə vəziyyətin tətbiq edilməsi və hərbçilərin Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman vermişdi. O, Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı idi.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//nossairt.net/4/5013541