Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşü olub.

Metbuat.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin feysbuk səhifəsi yayıb.

Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu