1446919

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda son sutkada 1290 nəfər vaksinasiya olunub.

Musteqil.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 235, ikinci doza vaksinlərin sayı 184 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 734-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 137 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 861 686 olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541