Növbədənkənar vergi yoxlaması hansı hallarda keçirilə bilər?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Vergi Məcəlləsində 2022-ci ilin yanvarın 1-dən edilmiş dəyişikliyə əsasən, vergiödəyicisində aparılan sonuncu vergi yoxlaması zamanı vergiödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması və ya qanuni ödənilməli olan vergilərin 25 və daha çox faizinin vergidən yayındırılması halları aşkar edildikdə, həmçinin vergiödəyicisi riskli vergiödəyicisi olarsa, vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə, vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və ya təhrif olunmuş məlumatlar aşkar edildikdə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergiödəyicisinin ərizəsi daxil olduqda, vergiödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda və digər hallarda növbədənkənar yoxlamanın keçirilməsi mümkündür.

Həmçinin ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə, bu halda növbədənkənar vergi yoxlaması yalnız vergiödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu