“Neftçi” hücumçusu ilə yollarını ayırıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Neftçi” klubu futbolçusu Mirabdulla Abbasovla yollarını ayırıb.

Metbuat.az “ağ-qaralar”ın rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Təcrübəli forvarda xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2015-2016 və 2017 – 2022-ci illərdə ağ-qara formada 111 oyun keçirib, 21 qola imza atıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu