Nazirliyin əməkdaşları şəhid Azad Kərimovun ailəsini ziyarət edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir Azad Kərimovun Qazax rayonunda yaşayan ailəsini ziyarət ediblər.

Metbuat.az-a Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Vətən müharibəsində də qəhrəmanlıq göstərmiş Azad Kərimov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu