Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb. Bir kiloqramdan artıq güclü təsir edən xassəyə malik narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakinləri, əvvəllər məhkum olunmuş Sərxan Nəsirov və Ruhid Ağayev saxlanılıblar. Keçirilən baxış zamanı onlardan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 3 nəfər – Günəşli kənd sakinləri Y.Ağayev, A.Əzimov və M.Eynullayev saxlanılıblar və onların hər birindən heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 100 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu