“Milliyə çağırmadığım üçün ondan üzr istədim”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim”.

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında Slovakiyaya qalib gələn matçdan sonrakı mətbuat konfransında deyib.

O qeyd edib ki, Almeyda ikinci sarı vərəqəyə görə Qazaxıstanla oynamayacaq. Almeydanın oyunundan razı qalab çalışdırıcı deyib ki, milliyə bundan əvvəl çağırılmadığı üçün Almeydadan üzr istəyib: “Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu