Laçında “Berdzor” yazısını sındıranlar həbs edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sosial şəbəkələrdə Laçında ermənilərin yazdıqları “Berdzor” lövhəsini sındıran Laçın sakini Elnur İsayevin həbs olunması ilə bağlı məlumat yayılıb.

Metbuat.az-ın sorğusuna cavab olaraq Daxili işlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, bu barədə iddialar yanlışdır. Qeyd olunub ki, həmin şəxslər işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olublar, həmçinin polisin və ya hərbçilərin qanuni tələbinə tabe olmayıblar. Bu səbəbdən 10 sutka həbs cəzası alıblar:

“Vətəndaşların Laçın rayonu ərazisində lövhəni sındırması ilə bağlı inzibati qayda həbs edilməsi ilə bağlı iddiaları təkzib edirik, tam əsassızdır. Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanunu daxil olması və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadığı üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “surpriz” partlayıcı və mina təhlükəsi var.

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqala, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”, – deyə məlumatda qeyd olunub.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu