1448486

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

SSRİ kosmonavtı, Sovet İttifaqı Qəhrəmanı, Rusiya Qəhrəmanı Valeri Polyakov 80 yaşında vəfat edib.

Musteqil.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.

Valeri Polyakov kosmosa ən uzun uçuş üzrə dünya rekordunun sahibidir. O, ümumilikdə o, Yerdən kənarda 678 gün 16 saat keçirib.

“Roskosmos”un məlumatına görə, Polyakovun tədqiqatı sübut etməyə imkan verib ki, insan orqanizmi təkcə Yerə yaxın orbitdə deyil, həm də dərin kosmosda qala bilər.

Qeyd edək ki, V. Polyakov 1994-cü ilin yanvarından 1995-ci ilin martına qədər “Mir” stansiyasında uçuş zamanı ekspedisiyanın müddətinə görə rekord vurub. Kosmosa bu səyahətinə görə Polyakov “Rusiya Qəhrəmanı” adına layiq görülüb. 1989-cu ildə ilk uçuşu sayəsində “Sovet İttifaqı Qəhrəmanı” adını alıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541