1446889

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Avqustub 29-da saat 22:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

DSX-nin Mətbuat Mərkəzindən Musteqil.az-a verilən məlumata görə, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” komandasının verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, naməlum şəxs havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22:10-da sərhədboyu ərazidə gizlədilmiş naməlum bağlamanı götürən 2 (iki) nəfərin şübhəli hərəkətləri sərhədçilərin diqqətini cəlb edib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şübhəli şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Abşeron rayon sakini 1986-ci il təvəllüdlü Əlmanov Natiq Aydın oğlu və Şabran rayon sakini 1971-ci il təvəllüdlü Rəsulov Tahir Zahir oğlu olması müəyyənləşdirilmişdir. Üzərilərinə baxış keçirilərkən 1 (bir) ədəd bağlamanın içərisində təxmini çəkisi 3 kiloqram 300 qram narkotik vasitəyə (“marixuana”) bənzər maddə və 800 ədəd “metadon-40” həbi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı qeyd olunan şəxslər əraziyə narkotik vasitələri əldə etmək məqsədilə gəldiklərini etiraf ediblər.

Avqust ayının 30-da saat 16:30-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 (iki) nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması ərazidə xidmət aparan sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapa­dılmış, sərhəd pozucularının təqibinə başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucuları əllərindəki bağlamaları ataraq ərazinin sıx kolluq və qamışlıq olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı sərhəd pozucuları tərəfindən atılmış 2 (iki) ədəd bağlamanın içərisində təxmini çəkisi 16 kiloqram 740 qram narkotik vasitəyə bənzər maddələr (15 kq 820 qram “marixuana”, 500 qram “heroin”, 420 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.

Dövlət sərhədinin pozulması ilə bağlı xidməti itlərdə cəlb edilməklə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında içərisində palçıqlı paltarlar və ayaqqabılar olan sahibsiz halda qara rəngli “Mersedes” markalı 10 SE 862 dövlət nömrə nişanlı avtomobil aşkar olunub.

Ərazidə axtarış tədbirləri nəticəsində saat 18:25-də kəndin əkin sahəsində gizlənmiş İmişli rayon sakini 1997-ci il təvəllüdlü Rzayev Əlihüseyn İlqar oğlu şübhəli şəxs qismində saxlanılmışdır. Araşdırma zamanı, o aşkarlanan avtomobilin ona məxsus olmasını və Bakı şəhərində tanış olduğu digər şəxslərlə birgə ərazidən narkotik vasitə götürmək məqsədilə gəldiyini etiraf edib.

Sərhəd axtarış tədbirləri davam etdirilərkən saat 23:55-də hadisə yerindən qaçaraq sərhədboyu zolaqda gizlənən daha bir şəxs, Bakı şəhər sakini 1991-ci il təvəllüdlü Ağamalıyev Ramil Nazim oğlu sərhədçilər tərəfindən saxlanılıb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//potsaglu.net/4/5013541