İlham Zəkiyev 8-ci dəfə Avropa çempionu oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Metbuat.az xəbər verir ki, o bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla ümumilikdə 6 medalla Avropa çempionatını tamamlayıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu