İlham Əliyev Macarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, səfir Tamaş Yojef Torma etimadnaməsini dövlət başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Macarıstan arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, ölkələrimizin iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.

Tamaş Yojef Torma Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.

Azərbaycan ilə Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirməyəcəyini bildirib.

15:54

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.

Metbuat.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu