Gəncədə “Ford”, Bakıda “Mercedes” markalı avtomobil yanıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncə şəhərində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Metbuat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bakı şəhərinin Nəsimi rayonunda da “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xızı şəhərində isə “Lada” markalı minik avtomobilinin mühərrik hissəsi və ətrafında 0,5 ha sahədə quru ot yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu