FHN Zaqataladakı yanğının qarşısını ala bilmir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Zaqatalada dağlıq ərazidə baş verən yanğının sahəsi genişlənib.

Metbuat.az “Report”a istinadən xəbər verir ki, rayonun Yuxarı kəndi ərazisində, yüksək dağlıq ərazidə başlayan yanğın davam edir.

Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nurlan Şabanov bildirib ki, yanğının lokallaşdırılması hələ mümkün olmayıb.

“Hazırda FHN-dən 100 nəfər şəxsi heyət olmaqla ümumilikdə 300 nəfərə yaxın insan yanğının söndürülməsində iştirak edir. Bununla yanaşı 2 helikopter bu gün səhər saatlarından etibarən yenidən yanğınsöndürmə işlərinə qoşulub. Dünən yanğın 10 hektar ərazini əhatə edirdisə, bu gün əhatəsi 12 hektara çatıb”.

Qeyd edək ki, Zaqatalanın yüksək dağlıq ərazilərində başlayan yanğın iki gündür davam edir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu