f85718a3 13d2 3253 a98f c8c2784a5f46

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.

Bu barədə Mətbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.f85718a3 13d2 3253 a98f c8c2784a5f46

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//intorterraon.com/4/5013541