resize 100

Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin növbəti təxribatı ilə qarşılaşdıq. Son iki ildə başına gələn fəlakətlərdən ibrət dərsi çıxarmayan “unitaz ovçuları” dövlət sərhədimizin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini, həmçinin, ora təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutublar. 

Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Xoşbəxtlikdən hərbi qulluqçularımız arasında itki yoxdur. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub

Hərbi Ekspert Ədalət Verdiyev Yenisabah.az-a “əsgərimiz atəş açılan hər mövqe nəzarətimizə götürülmləlidir” deyib.

Ekspert bildirib ki, Ermənistan ordusunun Azərbaycan ordusuna atəş açması bağışlanılmaz bir addımdır:

“Azərbaycan ordusu gələcəkdə belə təxribatların qarşısının alınması və təkrarlanmaması üçün atəş açılan mövqeyin harada yerləşməsindən asılı olmayaraq hər birini nəzarətə götürməlidir. Bu mövqelərdə Azərbaycan bayrağı dalğalandırılmalı və Azərbaycan əsgəri nəzarət etməlidir.

Təxribata cəhd edən erməninin alnında deşik açmaq lazımdır. Ermənistan başına gələn müsibətlərdən düzgün nəticə çıxara bilmir. Paşinyana qarşı üsyan edən, onunla bir çox məsələlərdə razılaşmayan generallar Azərbaycan ərazisi olan Basarkeçər rayonundakı mövqelərini ən yaxın müddətdə Azərbaycana təhvil vermək üçün əllərindən gələni edirlər.

Həm Vətən müharibəsində, həm də sonrakı dövrdə – Fərruxda, Qaragöldə, Alagöldə, Qarakilsə istiqamətində, Buzduğda və.s kimi ərazilərdə erməni təxribatlarının hansı fəlakətlərə gətirib çıxardığını bəzi erməni generalları artıq unudub. Həmin generalların hafizəsini yeniləmək isə əsgərimizin borcudur. Və onlar bu vəzifənin öhdəsindən layiqincə gələcəklər”.

//augailou.com/4/5013541