Emreli oynadı, komandası qələbə qazandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb “Dinamo”su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

Metbuat.az-ın məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda “Riyeka”ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra “Dinamo” 22 xalla liderliyini möhkəmləndirib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu