1448943

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Son vaxtlar avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi şəhərdə pik həddə çatan avtomobilləşmədən qaynaqlanan tıxac problemidir.

Metbuat..az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, aparılan təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən proqnozlaşdırılıb, bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə təşəbbüslər göstərilib və müəyyən hissəsinin reallaşdırılmasına nail olunub.
“Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Yalnız bu məsələ həllini tapdıqdan sonra avtobusların qrafik üzrə hərəkəti böyük ölçüdə təmin olunacaq. Yəni mövcud vəziyyət qrafikdən yayınma deyil, tıxac səbəbindən qrafikə əməl olunmasının yaratdığı mənzərədir. İndiki vəziyyətdə avtobus sayının artırılması məsələnin həlli yolu deyil. Avtobus sayına gəldikdə isə, bu sahədə də müəyyən çatışmazlıqların olması reallıqdır”, – məlumatda bildirilir.

Qeyd olunub ki, ilk növbədə, bu, pandemiyanın ictimai nəqliyyat sektoruna vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir. Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar, avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərib. İctimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır.

Bildirilir ki, fəaliyyət göstərdiyi 5 il ərzində əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “Baku Bus” MMC-nin qeyd olunan səbəblərdən təkcə 2020-ci il üçün gəlirləri 2 dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da daşıyıcılar tərəfindən reqlamentlərə uyğun təmirlərin tam həcmdə həyata keçirilməsini qeyri-mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus” MMC-yə verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq.
Məsələnin uzunmüddətli perspektivdə dayanıqlı həlli yolu isə daşıyışılarla münasibətlərin yeni modelinə keçiddir. Bakı Nəqliyyat Agentliyi tərəfindən ictimai nəqliyyatın hazırkı inkişaf mərhələsində daha qabaqcıl tənzimləmə və maliyyələşdirmə modelinə keçid konsepsiyası hazırlanıb və hazırda aidiyyəti qurumlarla müzakirə mərhələsindədir. Yeni modelin tətbiqi sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması, dayanıqlı maliyyə modelinin qurulması, avtobus parkının davamlı yenilənməsi, sektorda fəaliyyətin tam şəffaflaşdırılması, yeni iş yerlərinin açılması, ictimai nəqliyyata nəzarət sisteminin səmərəliliyinin artırılması və ətraf mühitə mənfi təsirin azaldılması ilə müşayiət ediləcək.
Avtobusla sərnindaşımanın səmərəliliyi üzrə qeyd olunan bu məsələlərin həlli qanunsuz sərnişindaşıma fəaliyyətinin də aradan qalxmasına gətirib çıxaracaq. Qanunsuz sərnişindaşımalar daşıyışıların gəlirlərini azaltmaqla yanaşı, illər üzrə yaradılmış sistemə də ciddi mənfi təsir göstərir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//whairtoa.com/4/5013541