Bir tərəfdə xonçalar, digər tərəfdə şəhid tabutu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Cəmi 24 gün sonra bəy kostyumunu geyinib, qolunda sevdiyi xanımla həyat yolunu birləşdirəcəkdi. Amma fələk oyunu bu dəfə də fərqli oynadı. Vətənini hər şeydən üstün tutan 25 yaşlı baş leytenant Hüseyn evinə şəhid kimi qayıtdı.

Bir tərəfdə toy xonçaları, digər tərəfdə göz yaşı içində şəhidin tabutunu gözləyən insanlar.

Hər kəs toyuna hazırlaşdığı bir vaxtda onun şəhid xəbəri gəldi.

Bəy otağı bəzəkli qaldı 25 yaşlı baş leytenant Hüseynin… Bəy kostyumu geyinib oturacağı stola indi bəzəkli tabutu qoyulub.

Şəhadətə ucalmazdan bir necə saat öncə Hüseyn həm atası, həm də nişanlısı ilə toy haqqında danışıb. Bir neçə gün sonra gəlib xeyir işində qol qaldırıb oynayacaqmış.

Anası Könül Nəcəfova hələ də balasının yoxluğuna inanmır. Deyir, axı mənim balam bəy olub toyunda oynuyacaqdım, indi onun şəhidliyinə layla deyirəm.

Kəlbəcərdə şəhid olan baş leytenant Hüseynin nəşi doğulub boya-başa çatdığı Saray qəsəbəsinə gətirilib və qəsəbənin şəhidlər xiyabanında dəfn olunub.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu