Bilal Əliyev onları məhkəməyə verir

“Hamısını məhkəməyə verəcəm”.

Musteqil.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bunu Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib. O bildirib ki, həmin görüntüləri digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

“Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki… Ona görə də həmin izləyicilərə elə cavab vermişəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Bilal Əliyev “TikTok”da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.

Başa dön tuşu