Beyrutda ermənilər Azərbaycan səfirliyinə hücum etdilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənilər Livanın paytaxtı Beyrutda Azərbaycanın bu ölkədəki səfirliyinin binasına hücum etmək istəyiblər.

Metbuat.az-ın “Report”a xəbərinə görə, bu ölkədə yaşayan 1 000 nəfərədək erməni təxribat törətməyə çalışıb. Lakin polis əməkdaşları bunun qarşısını alıb və toqquşma baş verib.

Qeyd edək ki, əvvəlcədən planlaşdırılmış təxribata cəhd Daşnaksütyun və Hnçak partiyalarının çağırışı ilə baş tutub. Azərbaycan səfirliyinin binasına daxil olmağa çalışan ermənilər Beyrut polisinə hücumlar edirlər.

Polis əməkdaşları təxribatın qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.

https://www.youtube.com/watch?v=dJYoxMbMGBc

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu