1448913

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Türkiyə Respublikasının Hakimlər və Prokurorlar Şurasının dəvəti ilə hüquq mühafizə orqanları ilə əməkdaşlığın davamı və gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalovun rəhbərliyi ilə nümayəndə heyəti 18-22 sentyabr tarixlərində Türkiyəyə səfər edib.

Musteqil.az Baş Prokurorluğa istinadən xəbər verir ki, heyət Ali Məhkəmənin sədri Mehmet Akarca, Ali Məhkəmənin Baş prokuroru Bekir Şahin, Ədliyyə naziri Bekir Bozdağ, Hakimlər və Prokurorlar Şurasını təmsil edən həmin şuranın sədr müavini Mehmet Akif Ekinci, Şuranın Baş Katibi Seyfi Han və digər məsul heyətlə görüşüb.

Görüş zamanı Hakimlər və Prokurorlar Şurasının xarici münasibətləri, Şuranın quruluşu, iş prinsipi və vəzifələri mövzusunda ətraflı məlumat verildikdən sonra, işə qəbul, vəzifədə irəli çəkilmə, sosial müdafiə, etik davranış qaydaları, şikayət və intizam icraatının işləmə üsullarına dair hər iki dövlətin hüquq mühafizə orqanlarının oxşar və fərqli yönləri qarşılıqlı olaraq müzakirə edilib.

Daha sonra heyət Ankara Qərb Baş prokuroru Gökhan Karaköse və İnsan haqları və bərabərlik qurumu sədri Muharrem Kılıç ilə görüşüb. Qeyd olunan səfərdə nümayəndə heyəti eyni zamanda İstanbul Baş prokuroru Şaban Yılmaz və digər məsul şəxslərlə görüşüb.

Bütün görüşlərdə nümayəndə heyətinə müvafiq qurumların sistemi və iş prosesləri barədə məlumat verilib, bununla yanaşı Azərbaycan ilə Ermənistan arasında yaşanan son silahlı münaqişə zamanı şəhid olan hərbi qulluqçular üçün baş sağlığı verilib, bir millət iki dövlət olan Türkiyə və Azərbaycan arasında hüquq mühafizə orqanlarının fəaliyyətində mövcud səmimi münasibətlərin davam etdirilməsi və dəstəklənməsi vacibliyi vurğulanıb.

Eyni zamanda, Türkiyə və Azərbaycan arasında ticarət, mədəni və siyasi sahələrində səmimi münasibətlərin mövcud olduğu vurğulanıb, qarşılıqlı səfərlərdən məmnunluq ifadə edilməklə iki tərəfli münasibətlərin hər iki dövlət başçılarının müəyyən etdiyi siyasətə uyğun daha da gücləndirilməsinin vacibliyi ifadə edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//grunoaph.net/4/5013541