1446987

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Musteqil.az xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrə göndərilib.

Qeyd edək ki, avqustun 29-da 2022-2023-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsində 5508 nəfər namizəd dəvət edilib. Onlardan 4539 nəfər namizəd test imtahanında iştirak edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//thaudray.com/4/5013541