Bərdədə narkotacirlər saxlanılıb

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Arzuman Niftalıyev saxlanılıb. Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırmalarla A.Niftalıyev narkotik vasitəni Şaxmalı adlı şəxsdən aldığını bildirib. Davam etdirilən tədbirlər nəticəsində Ağdam rayon sakini Şaxmalı Cəfərov da saxlanılıb. Onun evində aparılan axtarış zamanı çəkisi 5 kiloqram 200 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu