​Azərbaycanda iqlim dəyişikliyi haqqında uşaqlar üçün sərgi keçiriləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Milli İncəsənət Muzeyinin və UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi təşkil olunacaq.

Metbuat.az Nazirliyə istinadən xəbər verir ki, sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri və bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır.

Bu gün dünyada uşaqların üzləşdiyi problemlərdən heç biri iqlim dəyişikliyinin güclənən təsirindən daha genişmiqyaslı deyil (UNICEF-in icraçı direktoru Ketrin Rassel).

Sərgidə Layen Haykensin şəxsi kolleksiyasından hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdiriləcəkdir. Sərgi uşaqların və gələcək nəsillərin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən, geri dönməz dəyişikliklərə səbəb ola biləcək bəşər sivilizasiyasının buraxdığı karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərinə toxunur.

Sərgi zamanı dünyaca məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi nümayiş etdiriləcək. Bundan əlavə layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunacaqdır. Sərgidə həmçinin uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaq.

Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir.

Sərgi 16 oktyabr tarixinədək davam edəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu