Azərbaycan Yaponiya şirkətinə “yaşıl hidrogen” istehsalı perspektivləri barədə məlumat verib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Energetika Nazirliyində Yaponiyanın “Toyota Tsusho Corporation” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Metbuat.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüş Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin təşəbbüsü ilə təşkil edilib. Görüşün əsas məqsədi hidrogen enerjisi üzrə məlumat və təcrübə mübadiləsinin aparılması olub.

Bildirilib ki, Azərbaycanda “yaşıl hidrogen” istehsalı perspektivlərindən bəhs edilərək qeyd olunub ki, dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinə əsasən, bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, ekoloji təmiz nəqliyyat vasitələrindən və digər yaşıl texnologiyalardan istifadənin genişləndirilməsi əsas hədəflərdəndir. Sənədə əsasən hidrogen istehsalı, ondan istifadə potensialının öyrənilməsi, bu sahədə pilot layihələrə dair təkliflərin formalaşdırılması nəzərdə tutulur.

Yaponiya şirkətinin nümayəndələri nəqliyyat sektorunun karbonsuzlaşdırılması mövzusunda təqdimat nümayiş etdirib. Külək, günəş və xüsusilə yaşıl hidrogen kimi bərpa olunan enerji növlərinin son illər şirkətin əsas biznes istiqamətlərindən olduğu vurğulanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu