1448876

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda təhsil alan əcnəbilərin son 5 tədris ili üzrə sayı açıqlanıb

Musteqil.az Elm və Təhsil Nairliyinə istinadən xəbər verir ki, 2017-2018-ci tədris ilində 5410, 2018-2019-cu tədris ilində 6427, 2019-2020-ci tədris ilində 6615, 2020-2021-ci tədris ilində 6449 nəfər olub.

Ötən 2021-2022-ci tədris ilində Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 102 ölkədən 7332 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Sözügedən tədris ilində ölkəmizdə təhsil alan əcnəbilərin vətəndaşlıqları sırasında ilk onluqda Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan və Çin yer alıb.

Əcnəbi tələbələrin ən çox təhsil aldığı yerli ali təhsil müəssisələri Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti, ADA Universitetidir. 2022-2023-cü tədris ili üçün əcnəbi tələbələrin qəbuluna dair statistik məlumat cari ilin sonuna doğru məlum olacaq;



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






//betzapdoson.com/4/5013541