Alla Puqaçova “xarici agent” adlandırıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Rusiyanın ən məşhur müğənnilərindən biri Alla Puqaçova müharibə əleyhinə olan əri Maksim Qalkinlə həmrəy olaraq Rusiya hakimiyyətini qınayıb.

Metbuat.az BBC-yə istinadən xəbər verir ki, o, Rusiyanın Ukraynaya hücumunu pislədikdən sonra “xarici agent” kimi damğalanıb.

Qalkin rus qoşunlarının iddia edilən vəhşiliklərini pisləyib və deyib ki Ukraynanın işğalına heç bir bəraət qazandırmaq olmaz deyib. Puqaçova sosial şəbəkədə Rusiyanın rejimini pisləyən həyat yoldaşı Maksim Qalkin haqqında deyib:

“O, əsl rus vətənpərvəridir, lakin, istəyir ki, bizim oğlanlarımızın xəyalpərəst məqsədlər üçün ölməsinə son qoyulsun”.

Puqaçovanın bu fikirləri isə Kremli qəzəbləndirə bilər.

Xatırladaq ki, Rusiya höküməti rus xalqına Ukraynada neonasistlərə qarşı mübarizə apardığını bildirir. Bu iddia isə kəskin şəkildə rədd edilir. Buna görə də Puqaçova kimi şöhrətli və sevilən şəxsiyyətlərin fikirləri ictimai rəyi dəyişdirə biləcəyi düşünülür.

Qeyd edək ki, Puqaçova və Qalkin Rusiya işğalından bir ay sonra, martın sonunda İsrailə gediblər, Puqaçova isə uşaqları ilə birlikdə keçən ayın sonunda Rusiyaya qayıdıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






Başa dön tuşu